Vikipediya, açıq ensiklopediya
4 oktyabr — təqvim ilinin 277-ci günü (uzun illərdə 278-ci). İlin sonuna 88 gün qalır.
- 1582 - Qriqorian təqvimi qəbul olunmuşdur.
- 1675 - Holland fizik Hügens cib saatına patent almışdır.
- 1824 - Meksika Respublikası elan edilmişdir.
- 1830 - Belçika müstəqillik əldə etmişdir.
- 1853 - Osmanlı və Rus imperiyaları arasında Krım müharibəsi başlamışdır.
- 1883 - İstanbul–Paris dəmir yol xətti açılmışdır.
- 1911 - Dünyada ilk eskalator Londonda quraşdırılmışdır.
- 1952 - Duayt Eyzenhauer ABŞ Prezidenti seçilmişdir.
- 1957 - SSRİ tərəfindən Yerin ilk süni peyki buraxılmışdır.
- 1958 - Fransada yeni konstitusiya qüvvəyə minmişdir.
- 1959 - Sovet kosmik aparatı ayın görünməyən hissəsinin şəklini çəkmişdir.
- 1980 - 38 müsəlman dövləti Əfqanıstandan sovet qoşununun çıxarılması üçün BMT-yə müraciət etmişdir.
- 1983 - Quruda sürət rekordu.
- 1991 - Keçmiş Sovet Sosialist Respublikaları rəhbərləri iqtisadi əməkdaşlıq haqqında saziş imzalamışlar. Baltikyanı ölkələr bu sazişi imzalamadan imtina etmişlər.
- 1994 - Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısı alınmışdır.