Kanada

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Kanada
ing. Canada
fr. Canada
Kanada bayrağı Kanada gerbi
Bayrağı Gerbi
Şüar: lat. A Mari Usque Ad Mare
Dənizdən Dənizə gədər
Himn: O Canada!
Kanada – xəritədə yeri
Paytaxt Ottava
Böyük şəhərlər Toronto, Monreal, Vankuver, Kalqari
Rəsmi dil İngilisFransiz
İdarəetmə forması Konstitusiyalı monarxiya,
Parlament demokratiyası
Kraliça II Yelizaveta
General-Qubernator Devid Conston
Baş Naziri Stiven Harper
'
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

9 984 670 km² (2-ci)
8,62
Əhali
• Təxmini sayı (2010)
Əhali sıxlığı

34 213 000 nəfər (36-cı)
3,41 nəfər/km²  (228-ci)
Pul vahidi Kanada dolları (CAD "$" və ya "C$")
İnternet domeni .ca
Telefon kodu +1


KanadaŞimali Amerika qitəsində dövlət. Atlantik, SakitŞimal Buzlu okenların sahilində yerləşir, Amerika Birləşmiş Ştatları ilə, şimalı-qərbdə Qrenlandiya ilə həmsərhəddir. Əraziyə görə (Rusiyadan sonra) ikinci böyük ökədir.

Mündəricat

[redaktə] Tarixi

Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. 18-ci əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir. qütbü ölkəni tərk edib".

[redaktə] İqtisadiyyatı

Kanada G8 qrupuna daxil olan başlıca dövlətlərdən birdir. Ölkənin iqtisadiyyatı uzun müddət "eninə", son onilliklər ərzində isə intensiv sürətdə "dərininə" inkişaf edir. Ölkənin sürətli inkişafına aşağıdakı amillər təsir etmişdir.

  1. Müstəmləkə asılılığının tezliklə ləğv edilməsi
  2. Əhalinin sayının nisbətən az olması ilə olduqca böyük torpaq və mineral resurslara sahib olması
  3. Kütləvi mühacir və intensiv xarici kapital axını
  4. İşçi qüvvəsinin çatışmaması ilə əlaqədar texnikanın sürətli inkişafı

Kanadanın təsərrüfatı əvvəlcə Böyük Britaniyanın (Böyük Britaniyanın taxıl mənbəyi kimi), İkinci Dünya müharibəsindən sonra isə ABŞ-ın təsiri altında əmələ gəlmişdir. Müasir dövrdə Kanadanın iqtisadiyyatı ikili xarakter daşıyır. Bir tərəfdən İnkişaf etmiş ölkələr üçün səciyyəvi olan bütün əlamətlər Kanadaya da aiddir. Digər tərəfdən isə, bəzi əlamətlər Kanadanı İnkişaf etməkdə olan ölkəyə bənzədir. Məsələn, ölkənin təsərrüfatı, xüsusilə onun sənayesi xarici kapitaldan, ilk növbədə ABŞ-ın inhisarçı şirkətlərindən asılıdır. Əslində Kanada ABŞ-ın iqtisadiyyatına bağlanmışdır. Buna görə də ABŞ-ın iqtisadiyyatında böhran əlaməti hiss olunanda, Kanadanın bütün iqtisadiyyatı sarsılır. Kanadanın sənaye dairələrində belə deyirlər. ABŞ-ın iqtisadiyyatına soyuq dəyən kimi Kanadanın iqtisadiyyatı hospitala düşür. Kanada iqtisadiyyatının ikili xarakteri həm də təsərrüfatın sahəvi strukturunda aydın nəzərə çarpır. Emaledici sənaye hakim mövqe tutur, lakin hasilat sənayesinin və kənd təsərrüfatının payı ABŞ-a, Qərbi Avropa ölkələrinə və Yaponiyaya nisbətən xeyli yüksəkdir. Kanada dünya bazarında ilk əvvəl sənaye xammalı (ölkədə çıxarılan mineral xammalın 80%-i ixrac edilir) və ərzaq tədarükçüsü kimi tanınıb.

Kanadanın böyük əraziyə malik olması, sənaye və kənd təsərrüfatının ixitisaslaşdırılmış sahələrinin ölkə ərazisi üzrə səpələnməsi ölkənin iqtisadiyyatında nəqliyyatın rolunu artırmış və onun bütün növlərinin inkişafına təsir etmişdir. Ölkədə boru kəmərinin yüksək inkişafı, Böyük Göllər və Müqəddəs Lavrenti çay sisteminin yükdaşınmada böyük rolu Kanada nəqliyyatının səciyyəvi xüsusiyyətidir. Kanada iqtisadiyyatı həm də xarici ticarətdən güclü surətdə asılıdır. Ölkədə istehsal edilən məhsulların əhəmiyyətli hissəsi dünya bazarına çıxarılır. İxracatının 2/3 hissəsindən artığı xammal, yarımfabrikatərzaq məhsullarının payına düşür. Kanada həm də maşın və avadanlıqlar ixrac edir. İdxalatında hazır sənaye məhsulları, boksit, pambıq, kauçuk, qəhvə, kakao üstünlük təşkil edir. Xarici ticarət dövriyyəsinin 2/3-dən artıq hissəsi ABŞ-ın payına düşür.

[redaktə] Pul-kredit sistemi

Toronto şəhəri.İşguzar mərkəz
Torontonun mərkəzi.

Kanadanın pul kredit sistemi tarixən formalaşmağa başlamışdır.Bu 1867 –ci ilə qədər təşəkkül tapmışdır.Kanadanın dövlət kimi yaranmasına qədər pul münasibətlərinin kollonial tipi mövcud idi.Burada pul kimi fransız,ispan, portuqal gümüş pulları və həmçinin kağız pullar da dövr edirdi.

1670-ci ildən mübadilə vasitəsi kimi Kanadada duz işlənirdi.Lakin bu daxili münasibətlərə nisbətən az yer tuturdu.Bu zamanda Kanadada hamının dediyi kimi ticərət dövriyyəsi birbaşa əmtəələrin mübadiləsilə baş verirdi. Əmtəələrin birbaşa mübadiləsi daxili bazarda bir neçə səbəbə görə baş veriridi: Yolların pis vəziyyətdə olması, yerli bazarların məhdud olması və.s. Kağız pulun mübadiləsinə şərait yaransa da , 1685-ci ildə fransız kolloniyaları buna qarşı çıxdılar. Kağız pullar 18 –ci əsrin sonlarında fransız kolloniyalarının hakimiyyətinin sona çatdığı dövrdə təşəkkül tapmağa başladı. 1825 –ci ildə İngiltərənin rəsmi olaraq qızıl monometalizmə keçməsi təsdiq olunduqdan sonra Kanadanın valyuta vahidi funt sterlinq oldu. 1870-ci ildən Kanadanın valyuta vahidi Kanada dolları oldu.Bu valyuta vahidi britaniya funt sterlinqinə əsasən təşəkkül tapdı.Kanada dollarıı, nəhayət ABŞ dolları ilə dəyişdirilə bilinərdi hansı ki, o da belə qızıla əsaslanırdı. 1908 –ci ildən ölkədə qəpiklər-dəmir pullar kəsilməyə başladı.Əsas gümüş olmaq etibarilə,dəmir pullar 1908-1919 –cu illər arası kəsilirdi. Banknotların emissiyasının mərkəzləşdirilməsi 1935-ci ildə Kanada Bankının yaranmasına səbəb oldu.Onun milliləşdirilməsi isə 1938 –ci ilə təsadüf edir.

Kanada ilə azad ticarət haqqında saziş imzalayan ölkələrin xəritəsi.Tünd göylə-İmzalanmış,Açıq göy-imzalanacaq ölkələr.

Müharibədən sonrakı inflyasiya

Müharibədən sonrakı dövrdə ölkədə inflyasiya dalğası başladı.Bunun səbəbləri ,Koreyada müharibə,xammal və investisiya "bum" ları,ABŞ-a xammal və yarımfabrikatların ixracının artımı və s. olmuşdur. Baxmayaraq ki, Kanada dolları daxili hesablaşmalarda istifadə edilir, onun valyuta rezervlərinə bağlılığı bu pul vahidini dunya pul sisteminin həssas puluna çevirib.Çunki, Kanada dolları inteqrasiyanın nəticəi olaraq ABŞ dollarına istiqamətlənib və ona qarşı çox həssasdır. Kanada hakimiyyəti 1969- 1975-ci illərdə qiymətlərin və əmək haqqının artımını məhdudlaşdırmağa çalışırdı.Lakin, bu tədbirlər faydasız oldu , çünki hakimiyyət qiymətlərə və əmək haqqına təsir göstərən monopoliyanı dayandıra bilmədi . İnflyasiya Kanadada 1990-cı ildə 5.2 % -dən 1993- cü ildə 1.8 -% -ə düşdü və 1994-cü ildə 0.2% təşkil etdi ki,bu da bütün mühribədən sonrakı dövrdə qeydə alınan ən aşağı göstərici idi. 1996-cı ildə yumşaq kredit-pul siyasətinə baxmayaraq , inflyasiya tempi 1.5 % təşkil etmişdi.

Pul kredit münasibətlərinin əsasları Kanadada pul kredit münasibətlərində əsas rolu çek əməliyyatları tutur.Çeklər valyuta hesablarının 90 % -ni tutur.Kanada əhalisi artıq bu əməliyyatlara uyğunlaşmış və onlar üçün bu daha rahatdır. Nağdsız dövriyyədə ,inkişafın nəticəsi olaraq ,kredit kartları önəmli rol oynayır. 1970-ci ilə qədər Kanada dolları ABŞ dollarına möhkəm bağlı idi.1970-ci ilin mayından sonra Kanada hakimiyyəti elan etdi ki, Kanada Bankı ABŞ dolları , digər valyutalar və Kanada dolları arasında məzənnə paritetini təsbit etməyəcək.Beləliklə, milli valyuta üzən valyutaya çevrildi. Kanadanın pul krdeit siyasəti əsasən ölkənin milli valyutasının möhkəmlənməsinə və sabitliynə yönəlib ki, bu da inflyasiyaya və Kanada dollarının məzənnə kursuna nəzarətlə əldə edilir. Müasir dövrdə ölkənin pul-kredit siyasətinin əsas aləti hakimiyyətə və digər kommersiya banklarına məxsus depozitlərin yerdəyişməsi və əks hərəkətidir. Bunu qeyd etmək lazımdır ki, Kanada xarici ticarət dövriyəsinin 2/3 hissəsi ABŞ –a məxsusdur.Bu prosesdə ABŞ dolarından istifadə edilir.Amma Qərbi Avropa və Uzaq Şərq ölkələrilə ticarətdə Kanada funt-sterlinqdən istifadə edir. Kanada iqtisadiyyatının hədsiz açıqlığı və onun ABŞ iqtisadiyyatı ilə tarixi əlaqələri Kanada hakimiyyətini dünya valyuta bazarlarındakı hadisələri izləməyi məcbur edir.80-ci illərdən başlayaraq Kanada valyuta siyasətinin əsas məqsədi Kanada dollarının məzənnəsini ABŞ dollarına nisbətən sabit saxlamaqdır.

[redaktə] Təhsil

Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanad ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur. Bir halda ki, Kanadada iki dövlət dili – ingilis və fransız dili var, tələbələr bu iki dillərdən birində təhsil ala bilər. Bəzi universitetlərdə təhsilin iki dildə olmasına baxmayaraq, tələbələrin daxil olması üçün iki dili yaxşı bilmək elə də vacib deyil.

[redaktə] Təbii ehtiyatlar

Kanadanın təbii resursları olduqca böyük və müxtəlifdir. Bunlara əlvan, nəcib və nadir metallar, dəmir filizi, uran, neft, təbii qaz, daş kömür, asbest və başqa minerallar daxildir. Bununla yanaşı sərt təbii şəraitə malik olan Şimal ərazilərinin zəngin mineral resursları hələ mənimsənilməyib. Hidroenerji resurslarının böyük təsərrüfat əhəmiyyəti var və potensial ehtiyatına görə dünyada birinci yerlərdən birini tutur. Həm də bu ehtiyatlar ölkə ərazisi üzrə bərabər paylanmışdır. Şimalda Filli-Makkenzi çay sistemi, qərbdə dağ çayları, mərkəzdə Saskaçevan-Nelson, şərqdə Eri və Ontario gölləri arasında Niaqara şəlaləsi daha böyük ehtiyatlara malikdir. Həm nəqliyyat üçün, həm də turizmin inkişafı üçün meşələrlə əhatə olunmuş çoxsaylı göllərin böyük əhəmiyyəti var. Meşə resursları dünya miqyasında əhəmiyyətə malikdir. Ölkə ərazisinin 1/3-dən çoxu iynəyarpaqlı meşələrlə örtülüdür.

[redaktə] Sənayesi

Kanadada külək enerjisi istehsal edən turbinlər

Bütün İnkişaf Etmiş Ölkələrdə olduğu kimi Kanadada da sənayenin sahəvi strukturu mürəkkəbdir. Energetika təsərrüfatı nef və təbii qaza, həm də Kanadada elektrik enerjisinin 2/3-dən artığını verən SES-lərə əsaslanır. Ölkədə atom energetikası inkişaf edir. Emaledici sənayenin strukturunda metallurgiyamaşınqayırma hakim mövqe tutur. Qara metallurgiyanın başlıca mərkəzi Hamiltondur. Ucuz elektrik enerjisinə və zəngin yerli xammala (boksit istisna olmaqla) əsaslanan əlvan metallurgiya, xüsusilə QayanaYamaykadan gətirilən boksit əsasında alüminium istehsalı sahəsi güclü inkişaf etmişdir. Qara metallurgiyadan fərqli olaraq bu sahə ixracat əhəmiyyəti daşıyır.

Maşınqayırma nəqliyyat maşınları istehsalı, radioelektronika, cihazqayırma ilə, həm də meşə tədarükü və ağac emalı üçün maşın və avadanlıq istehsalı ilə təmsil olunur. Qara metallurgiya zavodları kimi maşınqayırma müəssisələrinin də böyük hissəsi göl sahili və Müqəddəs Lavrenti çayı boyunca (Toronto, Monreal və s.) yerləşir. Kanadada təsərrüfatın ənənəvi sahəsi meşə tədarükü, ağac emalı və sellüloz-kağız sənayesidir. Meşə materiallarının böyük hissəsini Britaniya Kolumbiyası verir. Meşə sənayesinin iri mərkəzi Vankuverdir. Kimya sənayesinin ən iri müəssisələri qərb əyalətlərinin iri və orta şəhərlərində yerləşir. Əsasən idxal xammala əsaslanan yüngül sənaye ölkənin tələbatının yalnız yarısını təmin edir. Yüngül sənaye müəssisələri bütün əyalətlərdə var.

[redaktə] Kənd təsərrüfatı

Ontarioda ferma

Kənd təsərrüfatının inkişafı üçün daha əlverişli aqroiqlim şəraiti ölkənin cənubunda yerləşən düzənlik və yaylalardır. Burada mülayim kontinental iqlim hakimdir. Ölkə ərazisinin cəmi 15%-ə qədər hissəsi kənd təsərrüfatına yararlıdır. Bu sahələr ABŞ sərhədin boyunca uzanır və əsasən qara və şabalıdı torpaqlardan ibarətdir. Daha quraqlıq olan Kordilyerin dağ ətəklərində yaxşı təbii otlaqlar var. Kanadada çoxsahəli kənd təsərrüfatı texniki cəhətdən yaxşı təchiz olunmuşdur. Yüksək məhsuldarlığı və əmtəəliyi ilə fərqlənən kənd təsərrüfatı ixracat əhəmiyyətinə malikdir. Əmtəəlik məhsullarının 60%-ə qədərini verən heyvandarlıq kənd təsərrüfatının başlıca sahəsidir. Ətlik istiqamətli maldarlıq və qoyunçuluq başlıca olaraq Alberta və başqa çöl əyalətlərində, südlük heyvandarlıq Kvebekdə, donuzçuluq və quşçuluq isə Ontarioda inkişaf etmişdir. Bununla yanaşı Kanada taxıl istehsalına görə dünyada birinci yerlərdən birini, əhalinin adambaşına düşən buğda istehsalına görə isə birinci yeri tutur. Taxıl əkininə görə çöl əyalətləri olan Saskaçevan, Alberta və Manitoba fərqlənir. Ölkədə ildə 50-55 milyon tona yaxın taxıl (o cümlədən 20-25 milyon ton buğda) yığılır. Əhalinin illik tələbatı isə 5 milyon tondur. Dünyada buğda ixracatının 1/5-ə qədəri Kanadanın payına düşür.

[redaktə] Əhalisi

Toronto şəhəri Kanadanın iqtisadi mərkəzi hesab olunur

Kanadanın ərazisi min illərlə müasir hindueskimosların soyları tərəfindən, 4 əsr öncə isə avropalılar tərəfindən məskunlaşmışdır. Müxtəlif ölkələrdən immiqrasiya prosesinin uzun müddət davam etməsi ölkə əhalisinin etnik tərkibinə ciddi təsir göstərmişdir.

İndi ölkədə əhalinin böyük hissəsini ingilis mənşəli (13 milyon nəfər) və Kvebek vilayətində məskunlaşan fransız mənşəli kanadalılar (9 milyon nəfər) təşkil edir. Digər etnik qruplar (almanlar, italyanlar, ukraynalılar, ruslar və b.) əhalinin 33 %-ni,yerli əhali isə 1.3 %-ni təşkil edir.

Əhali ölkə ərazisi üzrə qeyri-bərabər, başlıca olaraq ABŞ-la sərhəd boyunca daha sıx yerləşmişdir. Əhalinin 77 %-i şəhərlərdə yaşayır. İldə 30 min nəfərin Kanadaya immiqrasiya etməsi əhalinin artımına müsbət təsir göstərir. İri milyonçu şəhərləri Monreal,TorontoVankuverdir. Şimalda iri torpaq sahələri isə demək olar ki, mənimsənilməyib. Kanadanın həyatında bir çox şey güclü cənub qonşusu ABŞ-la münasibətlərlə müəyyənləşir. Dünyada bir–biri ilə ikitərəfli ticarət həcminə görə ABŞ və Kanada ilə rəqabətə girə biləcək başqa cüt ölkə yoxdur.

Kanadanın ABŞ və Meksika ilə birgə imzaladığı Şimali Amerika sazişi ölkədə ticarətin birdən –birə yüksəlişinə səbəb oldu. Amma bir çox problemlər həll olunmamış qaldı. Əsas narazılıq isə ABŞ-ın Kanada ixracatına mənfi təsir edən fəaliyyətidir – məsələn, Kanada meşəsinə olan tarif və Amerika fermerlərinə artan maddi yardım. Kanada ilə ABŞ arasında digər mübahisəyə səbəb isə ətraf mühitin çirklənməsidir. Sərhəd boyunca uzanan Amerika zavodları və Alyaskadakı neft sənayesi çirklənməyə əsas səbəb göstərilir. Xarici siyasət sferasında Kanada cənub qonşusundan fərqli kursdadır. Məsələn, Kanada ABŞ-ın elan etdiyi terrorla müharibə üçün öz qoşunlarından istifadə etmək qərarını verdi, amma onları İraqa göndərmədi. Kanada Amerikanın Kubaya qoyduğu ticarət embarqosunu da dəstəkləmir. 2001-ci il 11 sentyabr hadisəsindən sonra əsas aktual problem terrorçuların 9 min km uzunluqda olan Amerika-Kanada sərhəddindən keçə bilməsinin qarşısını almaq olub. Bu, hər iki dövləti daha aktiv informasiya mübadiləsi aparmağa şövq etdi. İmmiqrasiya Kanadaya dünyanın ən zəngin ölkələrindən biri olmağa kömək etdi. Millətlərarası konfliktlər bu ölkədə çox nadir hallarda olur. Miqrasiya siyasətini yumşaqlığından son zamanlar ölkəyə Asiyadan çoxlu mühacirlər gəlir. Kanadanın aborigenləri (yerli əhalisi) – hindu tayfaları əhalinin iki faizindən azını təşkil edir.

Yerli idarə orqanları ilə hindu xalqı arasında torpaqların və təbii resursların istifadəsi ilə bağlı səlahiyyətlərin müəyyənləşdirilməsi problemi artıq uzun illərdir ki, ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Daxili siyasətin əsas problemi isə Kvebek əyalətinin fransızdilli əhalisinin uzun illərdən bəri davam edən separatçı mövqeyidir. 1955-ci ildə bu problemlə bağlı keçirilən sonuncu referendumda Kvebekin tatmamilə müstəqil olmasını istəyənlər səslərin yarısından bir az toplayaraq məğlub oldular. Amma həmin vaxtdan ictimai fikrin sorğusu müstəqillik tərəfdarlarının azaldığını qeyd edir. 2003-cü ildə yerli seçki Kvebekin müstəqilliyinə çalışanların məğlubiyyəti ilə nəticələndi. Kvebekin orijinallığı mövzusu 2006-cı ilin sonunda daha da inkişaf etdi. Belə ki, parlament kvebeklilərin Kanadının tərkibində ayrı bir millət olduğunu müəyyənləşdirdi. Bu qərar, əsasən, simvolik xarakter daşıyır və ölkənin konstitusiyası və digər qanunlarında qeyd olunmayıb. Kanada son zamanlar Arktika ilə qeyri-dəqiq sərhədlə ayrılmış ərzilərdə hakimiyyət hüququ barədə daha aktiv bəyanatlar verir. Bununla yanaşı, ABŞ və Danimarka da bəzi rayonlara öz hüquqları olduqlarını irəli sürüblər. Geniş, lakin hələ tədqiq edilməmiş neft və qaz ehtiyatlarının kimə məxsus olacağı bu mübahisələrin nəticəsindən asılıdır.

[redaktə] Din

  • Xristianlar — 77,1  %
    • Katoliklər — 43,6
  • Dinsiz — 17 %
  • Digər — 6,3 % (əsasən İslam)

[redaktə] Coğrafiya

Kanada coğrafiyası geniş və çoxşaxəlidir. Torpaq sahəsi Şimali Amerika qitəsinin təxminən 40%-ini təşkil edir .Kanada sahəsinə görə Rusiyadan sonra dünyada ikinci ölkədir. Kanada -Qərbdə Sakit okeanından şərqdə-Atlantik okeanı arasında,cənubda-ABŞ və şimal-qərbdə (Alyaska),şimalda Şimal Buzlu okeanı arasında böyük ərazi tutur – (buna görə də ölkənin devizi "dənizdən dənizə").Kanadanın Nyufaundlend sahilindən cənubda isə Fransanın xarici torpaqları sayılan Sen-Pyer və Mikelon adaları yerləşir.1925-ci ildən Kanada Şimal qütbün müəyyən hissələrinə iddia edir.Lakin bu ümumi qanunlara zidd hesab olunur. 9,98467 milyon km ² (torpaq:9.093.507 km ² .su: 891 163 km ²) ərazini tutan Kanada,Rusiyanın ərazisinin təxminən 3/5 -ü qədəri boydadır.Avstraliyadan 1.3 dəfə böyük,Avropadan isə bir qədər kiçikdir və Böyük Britaniyadan 40.9 dəfə böyükdür. Kanadanın və ümumilikdə dünyanın ən şimalda yerləşən yaçayış məntəqəsi Kanada hərbi qüvvələrinə məxus olan və Elsmir adasının ən şimal nöqtəsində yerləşən Alert qəsəbəsidir. Şimal maqnit qütbü Kanada sərhədləri çərçivəsində yerləşir.Lakin son müşahidələr onu göstərir ki,maqnit qütbü Sibirə doğru öz istiqamətini dəyişir.2005-ci ildə Ottavada Kanada təbii sərvətlər nazirliyi nəzdində yerləşən geomaqnit labaratoriyasının idarə başçısı Larri Nyuit öz çixışında söyləyib ki,"400 ildən artıq Kanadaya məxsus olan dünyanın şimal maqnit qütbü ölkəni tərk edib".

[redaktə] Ərazi

Kanada ərazisinin ölçüsünə görə Rusiyadan sonra dünyada ikinci yeri tutur. Ölkənin ərazisi bir çox təbii zonalarla ( Arktika buzlaqları ndan tutmuş çöl lərə qədər) təmsil olunur. Relyefində düzənliklər üstünlük təşkil edir. Qərbində uzanan Kordilyer dağ sistemi insanların təsərrüfat fəaliyyətini çətinləşdirir. Lakin Kanadanın ABŞ-la sərhəd olması,tarixən ölkədə işgüzar insanların məskunlaşması və üç okean sularının onu əhatə etməsi ölkənin sürətlə inkişaf etməsinə səbəb olmuşdur.

[redaktə] Əyalət və bölgələr

Kanada 10 əyalətə (qərbdən şərqə doğru: Britaniya Kolumbiyası, Alberta, Saskaçevan, Manitoba, Ontario, Qvebek, Nyu-Brunsvik, Şahzadə Edvard Adası, Yeni ŞotlandiyaNyufaundlend & Labrador) və 3 bölgəyə (qərbdən şərqə doğru: Yukon, Şimal-qərb torpaqları, Nunavut) ayrılmışdır.Əyalətlərin federal rəhbərlikdən geniş nisbətdə muxtariyyəti varsa da bölgələrin müstəqilliyi daha azdır.

Viktoriya (Kanada, şəhər) Vaythors Edmonton Yellounayf Recayna Vinnipeq İqaluit Toronto Ottava Kvebek Fredrikton Şarlottaun Halifaks (Yeni Şotlandiya, şəhər) Sent-Cons (Kanada) Şimal-Qərb Əraziləri Saskaçevan Nyufaundlend və Labrador Nyu-Brunsvik Viktoriya (Kanada, şəhər) Yukon Britaniya Kolumbiyası Vaythors Alberta Edmonton Recayna Yellounayf Nunavut Vinnipeq Manitoba Ontario İqaluit Ottava Kvebek Toronto Kvebek (şəhər) Fredrikton Şarlottaun Yeni Şotlandiya Halifaks (Yeni Şotlandiya, şəhər) Şahzadə Eduard Adası Sent-ConsPolitical map of Canada.png
About this image





Dillər

  • İngilis dili: 20,584,775 (67.1%)
  • Fransız dili: 6,608,125 (21.5%)
  • Çin dili: 790,035 (2.6%)
  • Pəncab dili: 278,500 (0.8%)
  • İspan dili: 209,955 (0.7%)
  • İtaliya dili: 170,330 (0.6%)
  • Ərəb dili: 144,745 (0.5%)
  • Alman dili: 128,350 (0.4%)
  • Fillipin dili: 119,345 (0.4%)
  • Vyetnam dili: 111,440 (0.4%)
  • Portugal dili: 103,875 (0.3%)
  • Urdu dili: 102,805 (0.3%)
  • Polyak dili: 101,575 (0.3%)
  • Koreya dili: 101,500 (0.3%)
  • Fars dili: 97,220 (0.3%)
  • Rus dili: 93,805 (0.3%)
  • Tamil dili: 92,680 (0.3%)
  • Yunan dili: 55,100 (0.2%)
  • Gucarati dili: 52,715 (0.2%)
  • Rumın dili: 51,060 (0.2%)

[redaktə] KİV sistemi

Kanadanın ictimai televiziya və radiosu uzun ənənəyə malikdir. Kanadanın CBC yayım korporasiyası 1930-cu illərdə Amerika radiosunun artan təsirinə cavab olaraq yaradılıb. CBC-yə, əsasən, ingilis və fransız dillərində söhbət janrında və mədəni verilişlər verən dörd radiostansiya daxildir. Bundan əlavə, korporasiya iki ümummilli telekanala, "Radio Canada İnternational" ümumdünya xidmətinə də malikdir. Həmçinin ölkənin şimalında yaşayan hindi tayfaları üçün də tele və radio proqramlar yayımlayır. Kanadada 2000-ə yaxın radiostansiya qeydiyyatdan keçib, onların arasında çoxu kommersiya xarakterlidir. Ölkədə kabel televiziyaları, həmçinin, ixtisaslaşmış və ödənişli kanallar böyük populyarlıq qazanıblar. Kanadanın KİV-i həyatı istənilən istiqamətdə işıqlandırmaqda müstəqildirlər. Amma bununla yanaşı, radio və televiziyada norma sistemi mövcuddur, belə ki, televiziya və radioların verdiyi materialların, təqribən, 30-35 faizi Kanada istehsalı olmalıdır.

Mətbuat

  • The Globe and Mail – ingilis dilində gündəlik ümummilli qəzet, Torontoda nəşr olunur
  • La Presse – fransız dilində gündəlik qəzet, Monrealda nəşr olunur
  • The Toronto Sun – gündəlik qəzet
  • National Post – gündəlik qəzet
  • Le Journal de Monreal – fransız dilində gündəlik qəzet
  • Vancouver Sun – gündəlik qəzet
  • The Gazette – Monreal- ingilis dilində gündəlik qəzet, Monrealda nəşr olunur
  • The Toronto Star – gündəlik qəzet
  • Maclean's – ictimai-siyasi qəzet

Televiziya

  • CBC – ingilis dilində ictimai televiziya, bura ümummilli kanal və "CBC Newsworld" informasiya kanalı da daxildir
  • Societe Radio-Canada – fransız dilində ictimai televiziya şəbəkəsi, bura ümummilli kanal və "RDİ" informasiya kanalı da daxildir
  • CTV – iri kommersiya xarakterli televiziya şəbəkəsi
  • TVA – kommersiya xarakterli televiziya şəbəkəsi, fransız dilində yayımlanır
  • CPAC – parlament və siyasi telekanal
  • CRTC- Kanadanın radio, televiziya və telekommunikasiya üzrə komissiyası, nəzarətedici orqan

Radio

  • CBC – ingilis dilində ictimai radio, bura Radio 1 və Radio 2 də ( mədəni verilişlər) daxildir
  • Société Radio-Canada – fransız dilində ictimai radio, bura "Première Chaine" və "Espace Musique" kanalları da aiddir
  • Radio Canada İnternational – CBC korporasiyasının xarici ölkələrə radio yayımı
  • CRTC- Kanadanın radio, televiziya və telekommunikasiya üzrə komissiyası, nəzarətedici orqan

İnformasiya agentlikləri

  • CP -Canadian Press

[redaktə] Mənbə

Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: کانادا



Flag of Canada.svg Kanada İnzibati Vahidləri
Əyalətlər

Alberta | Britaniya Kolumbiyası | Kvebek | Manitoba | Nyu-Brunsvik | Nyufaundlend və Labrador | Ontario | Saskaçevan | Şahzadə Eduard Adası
Yeni Şotlandiya

Ərazilər

Nunavut | Şimal-Qərb Əraziləri | Yukon


Alətlər sandığı
Adlar fəzası

Variantlar
Görünüş
Hərəkətlər
Bələdçi
Keyfiyyətli səhifələr
Xüsusi
Alətlər sandığı
Başqa dillərdə